Guerlain Eau De Shalimar

Published from Blogger Prime Android App

Guerlain ailəsinin ən məşhur nümayəndəsi olan Jakques Guerlainın 1925-ci ildə yaratdığı Shalimar Guerlain qadın ətri hələ də öz aktuallığını itirməyib. Shalimar Guerlain şərqi çiçəkli qoxular qrupuna aiddir. Bu əfsanəvi ətrin adı bir çox roman, mahnılar və filmlərdə hallanıb, yarandığı ildən bizim günlərədək ən məşhur xanımlar tərəfindən uğurla istifadə olunub. 

Published from Blogger Prime Android App
Dörd əsr əvvəl Hindistanda İmperator Şah Cahan ümidsiz bir şəkildə Şahzadə Mumtaz Mahala aşiq oldu. Onun üçün ovsunlayıcı Şalimar bağları tikdirdi və dünyanın yeddi yeni möcüzəsindən biri olan Tac Mahalı ona həsr etdi. Bu inanılmaz hekayə, 1925-ci ildə tarixdə ilk şərq ətri olan Şalimarın yaradıcısı olan Jacques Guerlain-in xəyalına səbəb oldu.


Üst notları:
Berqamot Limon Naringi (Mandarin) Sidr Sitrus

Ürək notları:
Jasmin Paçuli Qızılgül Süsən Vetivera

Baza notları:
Dəri Müşk Olibanum (Büxur) Opoponaks Səndəl Tsibetin Vanil

məlumat üçün guerlain.com və aromania.az saytına təşəkkürlər
əlaqə və təkliflərniz üçün ibraperfume

Yorumlar