Özünüzü kəşf etmək üçün kiçik, amma, gözəl addımlar atın!

Published from Blogger Prime Android App

“Sizin yaşınız çox gəncdir, meyvəli və ya xəfif qoxulardan istifadə etməlisiniz” yaxud da, “Bu sizin yaşınıza görə çox yüngül parfümdür” kimi cümlələrlə tez-tez qarşılaşırıq deyəsən. Hətta çox parfüm blogunda, “Yaşınıza uyğun parfümlər hansıdır?” başlığı altında məqalələrə də rast gəlirik. Sizcə də bu insan xarakterinə müdaxilə deyilmi?


İnsanlar müdaxilə etməyi, yön verməyi, axın yaratmağı sevirlər. Amma unutmaq lazım deyil ki, ətri siz istifadə edəcəksiniz və sizin bəyənməyiniz, qoxunu hiss etdikdə sizin xoşbəxt olmağınız hər şeydən çox önəmlidir.

İnsanların xarakteri müxtəlifdir və yaşından asılı olmayaraq hər xarakteri əks etdirən bir qoxu mütləq vardır. Doğru qoxunu seçməklə siz, ətri hər dəfə istifadə etdikdə, əslində o günkü əhval-ruhiyyənizə də təsir etmiş olursunuz. Asan deyil bəlkə də doğru parfümü seçmək, amma, bir o qədər də zövq vericidir... Özünü tapmaq, kəşf etmək kimi...


məlumat üçün larose.az saytına təşəkkürlər
əlaqə və təkliflərniz üçün ibraperfume

Yorumlar